Dövlət qurumunda, xüsusilə dövlət təhsil müəssisələrində çalışan işçilər keyfiyyətli nəticənin olmamasını əmək haqqının az olması ilə əlaqələndirirlər.
KONKRET.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov “Facebook”da paylaşıb.
O bildirib ki, əmək haqqı ən vacib faktordur, amma bunun günahkarı şagirdlər deyil.
“Misal üçün, məktəb psixoloqları 250-300 manat əmək haqqı alır. Bəli, bu məbləğə heç nə etmək mümkün deyil. Amma bu işləməmək, yəni keyfiyyətli işləməmək üçün səbəb deyil. Əmək haqqı qane etmir? Zəhmət olmasa, çıx işdən. Ancaq şagirdlərini bədbəxt etmə.