Təhsil müəssisələrinin bu işçilərinə güzəşt ediləcək – RƏSMİbackend

Təhsil müəssisələrinin bu işçilərinə güzəşt ediləcək - RƏSMİ

2-15 iyun tarixlərində ümumtəhsil müəssisələrində təhsil işçilərinin işə cəlbi məktəb direktorunun tərtib etdiyi qrafik əsasında aparılmalıdır.

KONKRET.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmin tarixlərdə ümumtəhsil müəssisələrinin direktorunun müəyyən etdiyi qaydada sanitar epidemioloji qaydalara əməl etməklə, təlim-tərbiyə işləri üzrə direktorlar müavinləri, sinif rəhbərləri, zərurət olduqda müəllimlər işə cəlb ediləcəklər. Öhdəsində yaşlı insanlar, 7 yaşadək uşağı olan təhsil işçilərinin gəlməsinə görə güzəşt tətbiq edilir:

“Yaşı 65-dən çox olan əməkdaşlar da bu baxımdan istisna edilir. İşlədiyi ümumtəhsil müəssisəsindən kənarda olan əməkdaşlar bu prosesə cəlb edilməməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*