Təhsil naziri: “Müəllimlərin maaşı onların motivasiyasına bağlı deyil”backend

Təhsil naziri: "Müəllimlərin maaşı onların motivasiyasına bağlı deyil"

“Müəllimlərin motivasiyası ilə əməkhaqqı arasında əlaqə var. Bilirsiz ki, son dövrlər ölkə başçısının müvafiq sərəncamları ilə müəllimlərin əməkhaqlarında əsaslı dəyişikliklər edilib. Müəllim əməkhaqısı son dövrlər ən çox artan əməkhaqlarından biridir. Demək olar ki, ölkə üzrə orta əməkhaqqına çatır”.

KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

“Müəllimlərin əməkhaqqısının miqdarına təsir edən faktorları düzgün başa düşməliyik. Çünki bizim təhsil sistemimiz hələ də sovet dövründən qalmış “stavka” sistemi ilə işləyir. Həmin sistem saata bağlıdır. Müəllimlər ona görə aşağı maaş alırlar ki, onların saatları çox yuxarı deyil. Mənə elə gəlir ki, son illər təhsil sistemində iki böyük uğura imza atmışıq. Birincisi, şagird-müəllim nisbəti kifayət qədər yaxşılaşıb. İkincisi isə artıq müəllimlərin maaşı onların motivasiyasına bağlı deyil. Mənə elə gəlir ki, qeyri-maddi həvəsləndirmələrin tətbiqi müəllimlərə daha çox motivasiya verə bilər”.

  • Lala metin
    Dekabr 5, 2020 - 17:54

    xahiş edirəm bu naziri reklam etməyin o heç də göründüyü kimi deyil mətbuata verdiyi müsahibələr gördüyü işin tam tərsidir bunu müəllim kimi deyirəm

  • Ofelya
    Dekabr 5, 2020 - 19:07

    Bu gün can qoyub onlayn dərs keçən müəllimlə dərs keçməyən müəllimin maaşı arasında fərq qoyulmalıdır dərs keçəndə keçməyəndə eyni maaş alır necəki səhiyyədə bu gün bu fərq qoyulub

    • Ramin Əsgərov
      Dekabr 25, 2020 - 17:10

      Siz hardasa düz deyirsiz,ancaq,hamı eyni şəraitə sahib deyil əgər keçmirsə deməli səbəbi var və buna görə də maaşı niyə də az olmalıdırki,hər kəs bir ailə dolandırır.Siz əgər normal öz maaşızını alırsınızsa öz qabağınıza baxın öz işinizi tutun

    • Ramin
      Dekabr 25, 2020 - 17:14

      Siz hardasa düz deyirsiz,ancaq,hamı eyni şəraitə sahib deyil əgər keçmirsə deməli səbəbi var və buna görə də maaşı niyə də az olmalıdırki,hər kəs bir ailə dolandırır.Siz əgər normal öz maaşızını alırsınızsa öz qabağınıza baxın öz işinizi tutun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*