Təhsil nazirindən yeni dərs ili ilə bağlı ƏMRbackend

Təhsil nazirindən yeni dərs ili ilə bağlı ƏMR

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair qeydlər təsdiq edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qaydalarda qeyd olunub ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

– qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 10 uşaq;

– şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 15 uşaq.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Məktəbəhazırlıq qrupları həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırığı nəzərdə tutulmur. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.

Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimləri tərəfindən aparılır.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:

– I yarımil: 1 oktyabr-26 yanvar;

– II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

– 5 gün payız tətili (16-20 noyabr);

– 5 gün qış tətili (27-31 yanvar);

– 5 gün əlavə tətil (1-5 may).

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilib.

  • Rəcəb
    Sentyabr 2, 2020 - 20:46

    Sinifə daxil olan müəllimlərin və həmin məktəb rəhbərlərin sağlamlığı yoxlanılsa daha yaxşı olar.
    Şəkər xəstəliyi ,vərəm xəstəliyi vəxərçəng xəstəliyi olan müəllimlər və rəhbərlərin iş yeri müvəqqəti beş il saxlamaqla işdən uzaqlaşdırılsa yaxşı olar.Məktəblərfə sosial məsafə saxlamaqla və tibbi masqadan istifadə etmək çox sərfəli olar.çox xahiş edirəm yaşı 65dən keçmiş müəllimlər məktəbə buraxılmadı çox yaxşı olar.

    • Zenfira
      Sentyabr 2, 2020 - 22:59

      Hele elesi de var qoturdu

    • Lm Mamedova
      Sentyabr 3, 2020 - 06:03

      Tibbi müayinə məcburidir, amma poliklinikalar bunu elə iyrənc təşkil edir ki.yaziq müəllim bir təhər pul verib yazdırır ki.yollarda qalmasın.

  • Elvin
    Sentyabr 2, 2020 - 22:34

    Salam çox xaiş edirik müəllimlərin işə qəbulunda yerli kadrları salardiz. Yəni qıraq yerdən müəllim gondərməyiniz uyğun olmaz. Çünki koronovirusa görə təhlükəli ola bilər. Həmən kənddə kadr varsa onu yerləşdirin işləsin.

  • Selcan
    Sentyabr 2, 2020 - 22:49

    8 ci sinif neçə günlər gedecəklər

    • Nurane
      Sentyabr 4, 2020 - 22:04

      5-9sinifler oktyabrin 1nen mektebe gedecek.

  • Nazlı
    Sentyabr 3, 2020 - 14:53

    Ali tehsil muesseleri bes??

  • Səbuhi
    Sentyabr 3, 2020 - 15:05

    Men 2 ci kurs tələbəsiyem deyiller onlayin kecin nece edim şərayitim yoxdur. Bu dövlət hara baxir. Whatsapp la ya gorntulu zengle ders başa düşmək olar? … Mən işə girməyə imtahani da onda onlayin verim dr hee bu ne təhsildir ….

  • Günel
    Sentyabr 3, 2020 - 22:37

    Bizdə internet olmadığı üçün onlayın dərsdən yararlana bilmirik hara müraciət edirik internet xətti çəkilmir . Belə internetsiz olan evlərdə uşaq necə oxumalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*