Təhsil Nazirliyi: “Məktəblərdə erməni dilinin tədrisi növbəti ilin planında yoxdur”backend

Təhsil Nazirliyi: “Məktəblərdə erməni dilinin tədrisi növbəti ilin planında yoxdur”

Xəbər verildiyi kimi, Ermənistanda 2022-2023-cü tədris ilində 12 məktəbdə türk, 4-də isə Azərbaycan dili tədris edilib.

Azərbaycanlı hərbi-siyasi və təhsil ekspertlərinin fikrincə, ermənilərin bu addımı təbii ki, ölkəmizə qarşı sevgi və sayğıdan irəli gəlmir. Əksinə, bu prosesə Azərbaycana və Türkiyəyə qarşı potensial təxribatçılar, kəşfiyyat xidməti agentləri və hətta terrorçu hazırlığının tərkib hissəsi kimi baxırlar.

Mütəxəssislərin fikrincə, istər dövlətimizin təhlükəsizliyi, istərsə də tarix elminə yeni yanaşma baxımından erməni dilini bilmək bizim üçün də olduqca vacibdir. Çünki düşmənin dilini bildikdən sonra onunla həm hərbi, həm də informasiya sahəsində mübarizə aparmaq asanlaşır.

Bəs, görəsən, Azərbaycanda erməni dilinin tədrisi ümumən hansı səviyyədə həyata keçirilir?

KONKRET.az-ın mövzu ilə bağlı sorğusuna Təhsil Nazirliyindən belə cavab verilib ki, ali təhsil müəssisələrində regionşünaslıq (Qafqaz ölkələri üzrə) ixtisasında təhsil alan tələbələr erməni dilini öyrənirlər.

Orta məktəblərdə yaxın gələcəkdə erməni dilinin tədrisi ilə əlaqədar perspektivlərə gəlincə, qeyd olunub ki, ümumi təhsil müəssisələrində erməni dilinin tədrisi növbəti tədris ilinin planında nəzərdə tutulmayıb.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*