Təhsil Nazirliyinin bu gün açıqladığı qərarlara əsasən Azərbaycanda ənənəvi tədris bərpa edilir.
KONKRET.az Nazirliyin verdiyi qərarları təqdim edir:
Bakı, Sumqayıt, Abşeron xaric, Azərbaycanın bütün rayonlarında fevralın 8-dən etibarən məktəblərdə 1-11-ci siniflərdə ənənəvi tədris bərpa edilir;
Şagirdlər arasında ən azı 1.5 metr məsafə olan məktəblərdə I-IX siniflər həftədə 5 dəfə
Şagirdlər arasında 1,5 metr məsafə olmayan məktəblərdə I-IX siniflər həftədə 3 dəfə.
Bakı, Sumqayıt və Abşeronda fevralın 15-dən etibarən:
Məktəbəqədər hazırlıq dərsləri həftədə 2 dəfə; İbtidai siniflər həftədə 3 dəfə, V-IX siniflər həftədə 2 dəfə, Xüsusi məktəblərdə I-IX siniflər üzrə həftədə 5 dəfə əyani dərslər başlayır.
Bağçalar açılır (həftədə 5 gün)
Ali məktəblərdə, texnikum və peşə məktəblərində də praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə təhsil əyani formada bərpa olunur. Bura laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi aiddir (tibb, yaradıcılıq, mühəndislik və s.)
Vəsilə İbrahim
KONKRET.az