backend

"Təkanlar günü-gündən artır" - Qurban Yetirmişlidən zəlzələ AÇIQLAMASI

2024-cü ilin ilk 3 ayında Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib.

“Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seymsik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun”, – Q.Yetirmişli vurğulayıb.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*