“Təki əsgərin başını yeyin, heç kimdən hesab çəkməyin”.
KONKRET.az xəbər verir ki, Ermənistanda 44 günlük müharibə zamanı ölən əsgərlərin valideynləri İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Onlara keçmiş siyasətçilər Zarui Postancyan və Naira Zöhrabyan, həmçinin Müstəqillik Hərəkatının lideri, Vayots Dzorun keçmiş qubernatoru Edqar Qazaryan qoşulub.
Onlar Paşinyanın Qarabağ məsələsi və Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesinə dair açıqlamalarına etiraz edirlər.
Valideynlər müdafiə nazirinin müavini Arman Sarkisyanla görüşüblər.
“Təki əsgərin başını yeyin, heç kimdən hesab çəkməyin”, – erməni analardan biri deyib.
Valideynlər iqtisadiyyat naziri Vaan Kerobyanla da görüşə biliblər.
“Sizin oğlunuz var? Oğullarınızdan razısınız, elə deyilmi? Mən də oğlumla xoşbəxt olmaq istəyirdim”, – deyə digər valideyn Kerobyana qəzəblənib.
Aksiya iştirakçılarından biri polis tərəfindən saxlanılıb.
Xuraman Etibarlı,
KONKRET.az