Təkrar ali və orta ixtisas təhsili üzrə sənəd qəbulu başlandıbackend

Təkrar ali və orta ixtisas təhsili üzrə sənəd qəbulu başlandı

Əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb.

Elm və Təhsil Nazirliyindən KONKRET.az-a bildirilib ki, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali və orta ixtisas təhsili müəssisələrinə təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini təqdim edə bilərlər.

Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*