Bəzi ölkələrdə tələbələr üçün dövlət və ya mobil operatorlar tərəfindən güzəştli internet paketləri təqdim olunur. Azərbaycanda da bu modelin tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, dünyanın bir çox ölkəsində tələbələr üçün sosialyönümlü internet paketləri mövcuddur:
“Düşünürəm ki, ölkəmizdə də bu istiqamətdə addımlar atıla bilər. Bunun üçün təşəbbüskar tərəf universitetlər olmalıdır. Ali təhsil müəssisələri mobil operatorlarla danışıqlar apararaq tələbələr üçün xüsusi internet paketlərinin təqdim olunması barədə razılıq əldə edə bilərlər. Çünki tələbələrin internetdən istifadəyə ehtiyacı daha çoxdur. Ona görə də hər hansı mobil operator tələbələr üçün xüsusi paket təklif edə bilər”.
Aynurə İsmayıl
KONKRET.az