Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırıla bilərbackend

Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırıla bilər

Sosial vəziyyəti aşağı olan, xüsusilə, regionlardan gələn tələbələrin gündəlik xərcləri valideynlər üçün ciddi maliyyə yükünə çevrilir. Son illərdə dövlət tərəfindən bu kateqoriyaya daxil olan tələbələrə müəyyən imtiyazlar tanınsa da, təqaüdlərin artırılmasının zəruri olduğu bildirilir.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda tələbələrə təhsil krediti, güzəştli sosial dəstək proqramları təqdim olunsa da, artan qiymətlər fonunda mövcud təqaüdlər kifayət etmir.

Elçin Əfəndi - Təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs

“Son aylarda minimum əməkhaqqı və sosial müavinətlərin artırılması fonunda təqaüdlərin də yenilənməsi aktual məsələ kimi gündəmdədir.

Proqnozlara görə, cari ilin sonuna qədər tələbə təqaüdlərinin artırılması ilə bağlı rəsmi qərarın verilməsi mümkündür. Bu artım həm orta ixtisas və ali təhsil müəssisələrində, həm də bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan tələbələri əhatə edə bilər”.

Ekspert vurğulayır ki, Prezident İlham Əliyev təhsilə xüsusi önəm verir və tələbələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atır. Yeni tədris ilindən etibarən tələbələr üçün əlavə dəstək mexanizmlərinin tətbiqi istisna edilmir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*