Tələbələrin NƏZƏRİNƏ: Bu halda digər təhsil müəssisələrinə köçürülmə edə bilməyəcəksinizbackend

Tələbələrin NƏZƏRİNƏ: Bu halda digər təhsil müəssisələrinə köçürülmə edə bilməyəcəksiniz

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi artıq başlayıb. Maraqlıdır, akademik borcu və ya fənlərdən kəsiri olan tələbələrin köçürülmə hüququ olurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, tələbələrin köçürülməsi zamanı akademik borc – yəni fənlərdən kəsir müəyyən hallarda problem yaratmır. Lakin burada bir şərt var:

Elm həm də pul gətirməlidir, bizdə isə...\"-Elmin Nuri

Əgər tələbə semestr ərzində keçdiyi dərslərin 50 faizindən çoxunda kəsirdirsə, o halda transfer hüququndan yararlana bilməz. Məsələn, semestrdə 6 fənn keçən tələbə həmin fənlərin 3-dən və ya daha çoxundan kəsir alıbsa, onun transfer müraciəti sistem tərəfindən qəbul olunmur.

Elmin Nuri qeyd edib ki, bu tələbi haqlı hesab edir:

“Əgər tələbə olduğu təhsil mühitində akademik göstəricilərin yarısını belə verə bilmirsə, onun başqa bir universitetə keçməsi məqbul hesab edilmir. Mən bu qaydanın dəyişdirilməsinin tərəfdarı deyiləm.”

Qeyd edək ki, transfer üçün müraciətlər Təhsil Nazirliyinin rəsmi portalı üzərindən qəbul olunur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*