Teledərslər və elektron dərslər nə vaxta qədər davam edəcək? – RƏSMİ AÇIQLAMAbackend

Teledərslər və elektron dərslər nə vaxta qədər davam edəcək? - RƏSMİ AÇIQLAMA

Tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq, təhsilalanların dərs prosesindən kənar qalmaması üçün teledərslər, təhsil proqramına əsasən müvafiq mövzular üzrə videodərslər hazırlanır və onlayn dərslər keçirilir.

Hazırda həyata keçirilən teledərslər layihəsi isə ekstremal halda yaranan tətil müddətində əlavə resursların verilməsi, dərs materialları ilə təmin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, tətil zamanı məktəblilər dərs öyrənmək üçün elektron dərslik və video dərslərlə zənginləşdirilmiş Təhsil Nazirliyi tərəfindən elektron portallarından istifadə edə bilərlər.

Bəs, teledərslərin və elektron dərslərin nə vaxta kimi davam etdirilməsi gözlənilir?

KONKRET.az xəbər verir ki,  məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bizimyol.info-ya açıqlama verib:

“2019-2020-ci tədris ilinin sonunadək teledərslər və elektron dərslər davam edəcək. Növbəti tədris ilində də teledərslərin və onlayn dərslərin davam etdirilməsi ilə bağlı müzakirələr aparılır. Çox faydalı resurslar olduğu üçün bu müəllimlər və valideynlər tərəfindən çox istənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*