Telefonun səni dinləyir? – Qarşısını 3 addımla albackend

Telefonun səni dinləyir? - Qarşısını 3 addımla al

Sosial şəbəkədə bir məhsul haqqında danışdıqdan dərhal sonra onunla bağlı reklam qarşınıza çıxır. Bir çox insan bu vəziyyəti “telefon bizi dinləyir” kimi dəyərləndirir. Bəs bu iddialar nə qədər doğrudur?

KONKRET.az Metbuat.az-a istinadən xəbər verir ki, mütəxəssislər qeyd olunan suala “bəli” cavabını verir, amma “dolayı yolla” baş verdiyini qeyd edirlər. Belə ki, ağıllı telefonlarda işləyən “səs tanıma” texnologiyaları, əsasən “Google Asistan”, “Siri” kimi səsli köməkçilər vasitəsilə aktivləşir. Bu funksiyalar bəzi hallarda arxa planda da işləyə bilir və bu zaman cihaz ətrafdakı səsləri toplayaraq analiz edə bilər. Nəticədə, maraqlandığınız mövzularla bağlı reklamlar sizə yönəldilə bilər.

Rəqəmsal məxfiliyi qorumaq üçün bu 3 addımı atmaq lazımdır:

1. Google Asistan funksiyasını söndürün:

Tənzimləmələr > Google > Bütün Ayarlar > Axtarış, Asistan və Səs > Google Asistan > Şəxsi Nəticələr > Söndürün

2. Mikrofona icazələri yoxlayın:

Tənzimləmələr > Tətbiqlər > Tətbiq İcazələri > Mikrofon

Buradan yalnız ehtiyac duyduğunuz tətbiqlərə icazə verin.

3. Reklam fərdiləşdirməsini deaktiv edin:

Tənzimləmələr > Google > Reklamlar > Fərdiləşdirilmiş reklamları deaktiv et

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*