Dövlət vətəndaşın “mədəsi”nin qayğısına qalır, amma onun ruhunun nə “yediyi” heç kəsin vecinə deyil.
KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, deputat Ovik Ağazaryan Televiziya və Radio Komissiyasının üzvü Artur Manukyanla mübahisəsində deyib.
O, daha sonra vurğulayıb ki, “Çıxışınızda səsləndirdiyiniz bu çatışmazlıqları biz də görürük, amma bir sənətşünas kimi nə təklif edirsiniz, televiziya və radio yayımımızın havasını necə “təmizləyək”, ölkəmizdə hansı yol daha məqbul olacaq?”
Manukyanın fikrincə isə, televiziya efirini qadağalarla deyil, alternativ, yaxşı proqramların həyata keçirilməsinə imkan yaratmaqla yaxşılaşdırmaq lazımdır:
“Sənət heç vaxt siyasətdən kənarda olmayıb. Hamımız siyasiləşmişik”.
Rəsmiyyə Şərifova,
KONKRET.az