Tənbəl insanlar necə uğur qazanır? – Da Vinçi, Darvin, Emil Zolya, Tolstoy…backend

Tənbəl insanlar necə uğur qazanır? - Da Vinçi, Darvin, Emil Zolya, Tolstoy...

“İzahlı lüğətdə “tənbəllik” sözünün tərifi belədir: “Tənbəllik insanın zəhmətsizliyində ifadə olunan xarakter xüsusiyyətidir”.

İnsana tənbəl deyilirsə, bu, onun həyatda uğur qazanmasının çətin olacağı anlamına gəlir. Axı nəticə əldə etmək üçün hərəkət etmək və işləmək lazımdır. Bununla belə, uğurlu hesab edilən məşhur insanlar arasında xeyli sayda tənbəl davranış nümunələri var”.

KONKRET.az xəbər verir ki, bu fikirləri psixoloq Mixail Horse yazıb.

O tənbəllik barədə fikirlərini belə kopmlektləşdirib:

Leonardo da Vinçi çox vaxt borcunu qaytarmaq qorxusu ilə işləyirdi.

Çarlz Darvin səhər saat 8-dən 9-a qədər gündə bir saatdan çox işləyə bilməzdi. Sonra divanda uzanar, hətta tək başına qəzet oxumağa belə tənbəllik edərdi.

Emil Zolya gündə üç saatdan çox işləmirdi. “Bu həddi keçəndə özümü tamamilə xəstə hiss edirəm” deyə o bildirirdi.

Lev Tolstoy öz gündəliklərində yazırdı ki, günorta və axşam tez-tez tənbəlliyi tutur.

Açıq-aydın tənbəl olan insanlar həyatda necə əhəmiyyətli uğurlar qazana bilər? Ancaq tənbəl davranış təkcə zəhmətin sevilməməsi ilə bağlı deyil.

İşi sevməmək bir başqa, planlaşdırmaq isə tam başqadır. Ərincəklik, passivlik tənbəlliyin bir hissəsidr. Amma aktiv idmanla məşğul olmayanlar, iş yerində divanda uzanmağı sevənlərə tam tənbəl demək olmaz. Onlar enerjilərini qorumaqla iş potensialını düzgün bölüşdürməyi bacarırlar.

Ümumiyyətlə, tənbəllikdə birinci amil fiziki yorğunluqdur. Burada xatırlamaq lazımdır ki, yorğun olmaq və güc çatışmazlığını aradan qaldırmaq üçün ən azı üç gün dincəlmək lazımdır. Yorğunluq, məsələn, uzun illər yuxu olmaması nəticəsində yığılır. Və ya intellektual işdə həddən artıq gərginliyin nəticəsi ola bilər.

İkinci mümkün səbəb emosional yorğunluqdur. Tənbəllik xroniki mənfi təcrübələrdən də irəli gəlir. Müasir dünyada bu cür tükənmə daha çox yayılıb. Buna görə də emosional vəziyyətlərinizi idarə etməyi öyrənmək vacibdir. Əgər siz xroniki stress keçirirsinizsə, vacib olan ilk şey təcili olaraq əhvalınızı yaxşılaşdırmaqdır. Sinir sisteminin ətalət olduğunu başa düşmək vacibdir, yəni gərginlik vəziyyətində olmaq vərdişi. Dəyişmək üçün özünüzə vaxt vermək vacibdir.

Və eyni zamanda, emosional vəziyyətinizə görə məsuliyyət daşıyın, anlayın ki, narahatlıq və qıcıqlanma sizi daha çox yoracaq.

Tənbəlliyin üçüncü səbəbi uğursuzluq qorxusudur. Tapşırıqları yerinə yetirə bilməyəcəyimizdən qorxaraq onları gec-tez təxirə salırıq.

İnsan tənbəl görünür, baxmayaraq ki, əslində belə deyil. Bir çox insanlar hər hansı bir işin tamamlanmalı olduğuna inanır, buna görə də uğursuz olacağından qorxaraq, şüuraltı olaraq başlanğıcı gecikdirirlər. Ancaq aydındır ki, tənbəlliyə qalib gəlmək çox asandır. Azacıq iradəsi olanlar bu işin öhdəsindən layiqincə gələcək. Hər kəs öz başladığı işi sona çatdıra bilər. Ona görə də uzunmüddətli və mürəkkəb layihələrə başlamaqla hər kəs uğur qazanmaq şansına malikdir. Yetər ki, tənbəl olmayın.

Növbəti səbəb sosial qınaq qorxusudur. Bəzən insanlar özləri haqqında mənfi rəylərdən o qədər qorxurlar ki, hərəkətə keçmək əvəzinə tənbəl olmağı seçirlər: “Hamını razı salmaq lazım deyil.” Kənardan gələn tənqid problem deyil. Bunlar sadəcə insanların bir şeydən narazı olduqları zaman dedikləri sözlərdir. Bəs hamının həmişə xoşuna gəlmək sizin məsuliyyətinizdirmi? Və hətta mümkündürmü? Əlbəttə ki, xeyr.

Ümumiyyətlə, əgər kimsə, hətta ən yaxın adam da səndən məyus olsa, bu, onun öz problemidir. Qoy hər kəs daha real düşünsün və hər dəfə kimsə onun gözləntilərini doğrultmayanda məyus olmasın.

19-cu əsrin baş naziri Lord Melburn nümunəsi bunu sübut edir. Tarixin bəlkə də ən tənbəl adamı olan Melburn təsadüfən baş nazir oldu və sonra Britaniya tarixinin yeddi ilini uyudu.

Uzun mrü boyu Melburn praktiki olaraq heç nə edə bilməyib. Baş nazir olmamışdan əvvəl o, xanım Karolin Ponsonbi ilə evlənmişdi. Evdə boş-boş dolaşarkən arvadı Ledi Karolin bayıra çıxıb lord Bayron kimi kişilərlə münasibət qururdu, sonra isə axmaq ərinin burnunun dibində yaşadıqları cinsi həyatı haqqında qalmaqallı kitablar yazdı. Lord Melburnun ondan boşanması 20 il çəkdi.

lord Melburn bütün görüşləri, debatları, yığıncaqları və moizələri yuxuda aparır, adətən elə ucadan xoruldayırdı ki, çıxış edənlərin nitqini salondakılar eşitmirdi.

Tənbəl baş nazirin bu qədər uzun müddət vəzifədə qalmasının yeganə səbəbi Kraliça Viktoriyanın ona qarşı rəğbəti idi. Nəhayət, o, 1841-ci ildə bütün ölkənin rahatlığı üçün vəzifədən kənarlaşdırıdı.

Duqlas Adams indiyə qədər yaşamış ən böyük və ən tənbəl yazıçılardan biridir. Onun həm elmi fantastika, həm də Britaniya ədəbiyyatında xeyli maraqlı əsərləri var. Lakin Adams çox ərincək adam idi.

Onun tənbəlliyi o qədər pisləşdi ki, Terri Consun dediyinə görə, romanı üzərində işləməkdən qaçmaq üçün bütöv bir kompüter oyunu yaratdı.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*