Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənova hökm oxunub.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyad şərtidir) fotoşəkillərini əldə edib.