“Terminator”un aktyoru VƏFAT ETDİ – FOTObackend

"Terminator"un aktyoru VƏFAT ETDİ - FOTO

“Terminator” filminin üçüncü hissəsində psixiatr Piter Silberman obrazı ilə tanınan Hollivud aktyoru Erl Boen 82 yaşında Havayda (ABŞ) vəfat edib. 

KONKRET.az xəbər verir ki, bu barədə TMZ portalı aktyorun ailəsinə istinadən məlumat yayıb.

Aktyorun ailə üzvləri onun ölüm səbəbi barədə məlumat verməyib.

Qeyd edək ki, Erl Boenin filmoqrafiyasında 200-ə yaxın film var. O, daha çox “Terminator” (1984), “Terminator 2: Qiyamət günü” (1991) və “Terminator 3: Maşınların yüksəlişi” (2003) filmlərindəki həkim rolu ilə tanınır.

Boen Arnold Şvartseneggerlə birlikdə “Terminator”un ilk üç hissəsində rol alan yeganə aktyordur.

O, 2003-cü ildən təqaüdə çıxıb, lakin televiziya cizgi filmlərində və video oyunlarında dublyaj aktyoru kimi işləməyə davam edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*