Terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə hökm oxundubackend

Terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 6 il 6 ay azadlıqdan məıhrum edilməsini istəyib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxuyub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur. İttihama görə, C.Cəfərov “102” qaynar xəttinə zəng edərək hotelə partlayıcı maddə qoyulması barədə yalan məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*