“Tərtər işi” üzrə mühakimə edilən daha 7 nəfərin hökmü ləğv edilib – YENİLƏNİBbackend

"Tərtər işi” üzrə mühakimə edilən daha 7 nəfərin hökmü ləğv edilib - YENİLƏNİB

“Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən daha 7 şəxsin hökmü ləğv edilib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bu barədə qərar bu gün Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Belə ki, “Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən – Natiq Quluzadə, Nicad Rzayev, Zaur Abdullayev, Vəli Xəlilov, Emin Aibov, Yalçın Tarverdizade və Orxan Babayevin apellyasiya şikayəti üzrə məhkəmə iclasında elan edilib ki, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv olunub və iş baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edilib ki, Gəncə Hərbi Məhkəməsində 7 nəfərin hazırlıq iclasına baxılacaq.

***

16:47

“Tərtər işi” üzrə həbs edilmiş 11 nəfərlə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Vəkil Rəsul Cəfərovun APA-ya verdiyi məlumata görə, qərara əsasən, Tərtrər Hərbi Məhkəməsinin qərarı ləğv olunub, 11 nəfərin işi yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Həmçinin məhkum şəxslər yenidən təqsirləndirilən şəxs statusuna qaytarılıb.

Vəkil Zabil Qəhrəmanov və digərlərinin təqsirləndirilən şəxslərin barəsində həbs qərarının ləğv edilməsi barədə vəsatətləri təmin olunmayıb.

Bundan başqa, vəkil Zabil Qəhrəmanov vəsatət qaldıraraq məhkumlar barəsində qərar çıxaran şəxslər haqqında xüsusi qərar çıxarılmasını istəyib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*