Təsərrüfat sahibi: “Heyvan bazarlarında 10 kiloluq keçi 120-130 manata satılır”backend

Təsərrüfat sahibi: “Heyvan bazarlarında 10 kiloluq keçi 120-130 manata satılır”

Keçi əti insan orqanizmi üçün ən faydalı ət hesab olunur. Tərkibindəki yağın miqdarı qoyun ətinin yağından daha aşağıdır, xolesterolun miqdarı çox azdır. Buna görə də keçi əti dietik hesab olunur. Heyvan bazarlarında 10 kiloluq keçi 120-130 manata satılır, xüsusən də qış aylarında keçi əti daha çox alınır”.

KONKRET.az xəbər verir ki, illərdir heyvandarlıq təsərrüfatı ilə məşğul olan Tahir Həsənov “İctimai TV”-ə bu barədə danışıb.

O deyib ki, keçiləri sahələrdə, otlaqlarda, kanalların kənarında otarırlar, onlar kol yarpaqları ilə qidalanır:

“Keçini iri və xırdabuynuzlu heyvanlar kimi bütün günü ev şəraitində saxlamaq olmur. Keçilər ilin bütün fəsillərində çöldə olmalıdır. Evdə, həyətdə az yemləyirik, əsasən, bayırda olur, özləri özlərini doydura bilir.

Digər heyvanlar kimi keçini bağlı şəraitdə saxlamaq olmur, gərək otarasan. Keçilər ildə iki dəfə bala verir, hər dəfə də 2-3 balası olur. Yerli keçilər xəstəliyə də davamlıdır. Keçi südü isə çox faydalıdır, digər heyvanların südündən daha dadlı və yağlıdır. Tərkibinə görə ana südünə yaxın olan keçi südü orqanizmi gücləndirir. Vərəm, astma, onkoloji və digər bir çox xəstəliklərin qarşısını almağa kömək olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*