ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla Çinə ixrac etdiyi 67 698 ədəd “Model S” və “Model X” markalı elektrik avtomobilini geri çağırıb.
KONKRET.az-ın xarici mediaya istinadən məlumatına görə, buna səbəb istehsal qüsurundan yaranan təhlükəsizlik riskləri olub.
Çin Dövlət Bazarı Tənzimləmə İdarəsi, 25 sentyabr 2013-cü il və 21 noyabr 2021-ci il tarixləri arasında istehsal edilən və geri çağırılan 67 min 698 avtomobildəki səhvləri aradan qaldırmaq üçün proqram təminatının yenilənəcəyini qeyd edib.