Teymur Musayev məşhur direktoru vəzifəsindən çıxardıbackend

Teymur Musayev məşhur direktoru vəzifəsindən çıxardı

Səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanı vəzifəsindən azad edib.

KONKRET.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Teymur Musayevin müvafiq əmri ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsinə Famil Məmmədov təyin olunub.

Qeyd edək ki, Famil Məmmədov bundan əvvəl Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vərəm üzrə baş inspektoru vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*