Təyyarə qəzası oldu – ÖLƏN VARbackend

Təyyarə qəzası oldu - ÖLƏN VAR

Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli Aerostar R40F UP-LA229 tipli təyyarə qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, hadisə avqustun 17-də baş verib.

Akmola Regional Səhiyyə İdarəsinin məlumatına görə, qəza nəticəsində təyyarənin pilotu və bir sərnişin hadisə yerində həyatını itirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin yerə yıxıldığı anlar əks olunub.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*