Hindistanın qərbində “Air İndia” təyyarəsinin həkimlərin yataqxanasına çırpılması nəticəsində ən azı 20 tibb üzrə təhsil alan tələbə yaralanıb.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Xilasetmə əməliyyatının davam etdiyi bildirilir.
Bəzi media orqanlarında isə 5 nəfərin də ölməsi barədə məlumat yayılıb.