“Embraer 190” təyyarəsində olanlardan biri Azərbaycana ailə üzvünün yas mərasimi üçün gəlibmiş.
KONKRET.az xəbər verir ki, məlumatı “SHOT” Teleqram kanalı yayıb.
Bildirilib ki, 36 yaşlı Zaur Məmmədov üç gün əvvəl Bakıda atasını dəfn edib. O, Rusiyaya qayıdarkən qəzaya düşüb. Zaur sağ qalıb və hazırda Qazaxıstanda xəstəxanadadır./axaraz