Təyyarə qəzasında həlak olan Qusar sakini dəfn edildibackend

Təyyarə qəzasında həlak olan Qusar sakini dəfn edildi

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Qusar sakini Əli Əlimirzəyevin cənazəsi doğma kəndinə gətirilib.

KONKRET.az xəbər verir ki, vida mərasimindən sonra Sudur oba kənd qəbiristanlığında bacısı Xədicə Əlimirzəyevanın yanında torpağa tapşırılıb.

Qeyd edək ki, təyyarə qəzasında həlak olanlardan ikisi Qusar rayonundadır. Bacı-qardaş olan, 22 yaşlı Əli Əlimirzəyev və 19 yaşlı Xədicə Əlimirzəyeva Qusar rayonunun Sudur oba kənd sakinləridir.

Xatırladaq ki, Xədicə Əlmirzəyevanın nəşi dekabrın 27-də Sudur oba kənd qəbiristanlığında dəfn olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*