ABŞ-ın Merilend ştatının Qeytersburq şəhərində tək mühərrikli “Mooney M20J” təyyarəsi elektrik xəttinə çırpılıb.
KONKRET.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Federal Aviasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, təyyarə yerdən təxminən 30 metr yüksəklikdə dirəyə çırpılıb.
Sözügedən qəzadan sonra Montqomeri bölgəsində 120 minə yaxın insan işıqsız qalıb.
Qəzanın səbəbi hələlik məlum deyil.
İqbal Rzayev,
KONKRET.az