Smartavia şirkətinə məxsus sərnişin təyyarəsi Soçi hava limanına enərkən quyruğunu yerə vurub.
KONKRET.az xəbər verir ki, bu barədə RT nəşri yazıb.
Mənbə yazır ki, Sankt-Peterburqdan uçan təyyarə həddindən artıq yükləndiyi üçün uğursuz eniş edib.
Boeing 737-800-ün göyərtəsində 190 sərnişin və altı ekipaj üzvü olub. Xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Bu zaman təyyarənin quyruğu ciddi zədələnib.
Təyyarənin uçuşu dayandırılıb. Federal Hava Nəqliyyatı Agentliyi araşdırmaya başlayıb.
KİV-in məlumatına görə, hadisə ilə əlaqədar Smartavia-nın bir sıra reysləri təxirə salınacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az