Təyyarədə oksigen balonu partlayıbmış – Nazirbackend

Təyyarədə oksigen balonu partlayıbmış - Nazir

Aktau hava limanında qəzadan əvvəl Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin göyərtəsində oksigen balonunun partladığını öyrəniblər.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

Onun sözlərinə görə, ərazidəki dispetçerlərə təyyarənin göyərtəsində oksigen balonunun partlaması barədə məlumat daxil olub.

“Saat 10:53-də Rostov reysinin direktoru Aktau qülləsinin uçuş direktoruna təyyarənin sərnişin kabinəsində oksigen balonunun partlaması, sərnişinlərin huşunu itirməsi barədə əlavə məlumat verib.

Dərhal “Kazaeronaviqasiya”nın uçuş direktoru Aktau hava limanına gəlməsi üçün fövqəladə hallar xidmətlərinə – yanğınsöndürmə briqadasına və tibb işçilərinə məlumat verib”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 sərnişin və ekipaj üzvündən 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Qroznı səmasında Rusiya HHM sistemlərinin hücumu nəticəsində ciddi zədə alıb, buna baxmayaraq, ona eniş üçün izn verilməyib. Buna görə də təyyarə Aktauya istiqamət götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*