ABŞ-ın Minnesota ştatında yaşamağına ümid olmayan, beş aylıq doğulan körpə sağalaraq xəstəxanadan evə buraxılıb.
KONKRET.az xəbər verir ki, Elizabet Hatkinsonun hamiləliyinin 21-ci həftəsində dünyaya gətirdiyi körpə 500 qram olub.
Onun yaşama şansının olmadığını bildiriblər.
Riçard adlı uşaq altı ay xəstəxanada qalandan sonra tam sağlam şəkildə evə buraxılıb.
Həkimlər bunun möcüzə olduğunu deyirlər.