Tiflisdə GƏRGİN ANLAR: Rusiya bayrağı yandırıldı, idmançılar təhqir olundu – VİDEObackend

Tiflisdə GƏRGİN ANLAR: Rusiya bayrağı yandırıldı, idmançılar təhqir olundu - VİDEO

Tiflisdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında iştirak etmək üçün Gürcüstana gələn rusiyalı idmançılar insidentlə üzləşiblər.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, yerli fəallar idmançıların yerləşdiyi hotelin qarşısında təxribat törədiblər.

Onlar fişənglər yandıraraq səs-küy salıblar, rusiyalı idmançıları təhqir ediblər və üzərində “Bu gün atəşfəşanlıqdır, sabah isə Qradlar olacaq” yazılmış plakat açıblar.

Digər bir fəal qrupu isə Rusiya bayrağını yandıraraq tapdalayıb.

Hadisə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*