“TikTok”da canlı yayım açan hərbçilər ordudan XARİC EDİLDİbackend

“TikTok”da canlı yayım açan hərbçilər ordudan XARİC EDİLDİ

Müdafiə Nazirliyi son günlər hərbi qulluqçuların sosial şəbəkələrdə canlı yayımda çıxışına münasibət bildirib.

Müdafiə Nazirliyindən KONKRET.az-a bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilmişdir.

Kiçik çavuş S.Fərəcov və əsgər Y.Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.

Bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*