“TikTok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldıbackend

"TikTok"da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı

“TikTok”da avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran 27 yaşlı Yusif İslamov saxlanılıb.

O, “aksesuar auto” adlı “TikTok” səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*