Tjanyandan AÇIQLAMA: “Şuşa bəyannaməsinin ratifikasiyası Qarabağın itirilməsi deməkdir”backend

Tjanyandan AÇIQLAMA: "Şuşa bəyannaməsinin ratifikasiyası Qarabağın itirilməsi deməkdir"

“Türkiyə və Azərbaycan parlamenti Ərdoğan və Əliyevin Şuşada imzaladığı, Ermənistana qarşı yönəlmiş bəyannaməni ratifikasiya edib. Həmin bəyannaməyə görə, Qarabağ tamamilə Azərbaycanın tərkib hissəsi hesab olunur. Bundan başqa, Türkiyə-Azərbaycan tandemi “erməni soyqırımı” məsələsinin Ermənistan Respublikasının xarici siyasət gündəmindən çıxarılmasını və sırf tarixçilərin müzakirə obyektinə çevrilməsini tələb edir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Hayastan” fraksiyasının deputatı Andranik Tjanyan özünün facebook səhifəsində yazıb.

O, daha sonra bunları qeyd edib: “Maraqlıdır ki, Şuşa Bəyannaməsinin ratifikasiyası Ermənistan-Türkiyə əlaqələrinin yenidən başlanması prosesində baş verdi. Əslində Türkiyə Ermənistanla heç bir şərt qoymadan münasibət qurmağa hazır olduğunu bəyan etmişdi. Və maraqlı burasıdır ki, İstanbula gələn erməni sərnişinlərə hava limanında güllər təqdim edildi, amma digər tərəfdən hansısa əl anti-erməni bəyannaməsini ratifikasiya edir. Bu baxımdan hesab edirəm ki, sərnişinlərə verilən güllər əslində cinayətkarların atdığı ölüm gülləridir.

Rəsmi Yerevan isə susur, bu da indiki halda Türkiyənin ilkin şərtləri haqqında razılaşma əlamətidir.

Rəsmi İrəvan ancaq “Facebook” üzərindən mətbuat konfransları zamanı hay-küy salır, Türkiyə-Azərbaycan ilkin şərtlərinin ədalətli olduğunu əsaslandırır, “Qarabağ Azərbaycandır” deyir və “qürurlu” vətəndaşları axmaq yerinə qoyur”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*