TMİF şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert Səviyyəli İCLAS KEÇİRİLƏCƏKbackend

TMİF şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert Səviyyəli İCLAS KEÇİRİLƏCƏK

Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində yerləşən baş qərargahında 23-24 yanvar 2025-ci il tarixlərində TMİF Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert Səviyyəli İclas keçiriləcəkdir. 

KONKRET.az-a TMİF-dən verilən məlumata görə, iclasın məqsədi Fondun Şurasının növbəti iclasının gündəliyini tərtib etmək, Fondun 2025-2026-cı illər üzrə Fəaliyyət planlarını müzakirə etmək və təşkilatın Nizamnamə sənədlərinə dəyişikliklərin edilməsi istiqamətində fikir mübadiləsi aparmaqdan ibarətdir.

İclasda müvafiq mütəxəssislərin müraciətləri, rəy və təklifləri dinləniləcəkdir.

Tədbirdə Fondun Üzv Dövlətləri olan Azərbaycanın,  Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edilməlidir ki, Türk Mədəniyyəti və İrsi Fondu bundan sonra da fəaliyyətini daha da zənginləşdirmək məqsədilə hər il davamlı olaraq bu kimi  əlaqələndirmə görüşləri təşkil edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*