Qazaxıstanda yenidən Prezident seçilən Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib və o, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Bildirilib ki, mərasimdə ölkə parlamentinin deputatları, Konstitusiya Şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, eləcə də Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev iştirak edib.
Qeyd edək ki, noyabrın 20-si Qazaxıstanda növbədənkənar prezident seçkiləri baş tutub. Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib. O, 7 il müddətində ölkəyə rəhbərlik edəcək.