Tokayev Azərbaycana gəldi – YENİLƏNİBbackend

Tokayev Azərbaycana gəldi - YENİLƏNİB

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

KONKRET.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

***

10:07

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlir.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*