Tokayev indi də bu ölkədə səfərdədirbackend

Tokayev indi də bu ölkədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanda səfərdədir.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir, Tokayevi hava limanında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov qarşılayıb.

Məlumata görə, Tokayev BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransında iştirak edəcək.

Konfransda dənizə birbaşa çıxışı olmayan dövlətlər üçün regional əməkdaşlıq, davamlı inkişaf və nəqliyyat əlaqəsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

 

Xatırladaq ki, ötən həftə Tokayev Türkiyədə rəsmi səfərdə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*