Tolik müqəddəsləri söyən şəxsi belə ifşa etdi – “Layiqli cəzanı alsın”backend

Tolik müqəddəsləri söyən şəxsi belə ifşa etdi – “Layiqli cəzanı alsın”

Tanınmış aparıcı Tarix Əliyev polisə müraciət edib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabından islam dini və müqəddəs məkanları əxlaqsız şəkildə təhqir edən şəxsin videonu paylaşaraq yazıb:

“Mən bir vətəndaş olaraq Sizə müraciət edirəm. Son günlər insanların dini inancına və müqəddəs məkanlara qarşı hörmətsizliklə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi narazılıq yaradıb. Dövlət tərəfindən bərpa olunmuş bir ziyarətgaha qarşı belə münasibətin göstərilməsi dini dəyərlərimizə və xalqımızın mənəvi hisslərinə açıq-aşkar hörmətsizlikdir”.

T.Əliyev məsələnin araşdırılmasını və vacib tədbirlər görülməsini tələb edib:

“Xahiş edirəm ki, bu məsələ dərhal araşdırılsın, həmin şəxsin kimliyi müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb edilsin və layiqli cəzasını alsın. Bu hadisənin cəmiyyətdə mənfi nümunəyə çevrilməməsi, əksinə, başqaları üçün ibrət dərsi olması çox vacibdir.

Əminəm ki, Nazirliyiniz tərəfindən bu məsələyə ən qısa zamanda hüquqi qiymət veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*