Torpaq sürüşməsi baş verib – Ölənlərin sayı 23 nəfərə çatıbbackend

Torpaq sürüşməsi baş verib - Ölənlərin sayı 23 nəfərə çatıb

Kolumbiyanın qərbindəki Bello bələdiyyəsində baş vermiş torpaq sürüşməsi nəticəsində azı 23 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə bələdiyyənin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“Bu fövqəladə hadisə nəticəsində həlak olmuş 23 nəfərin ailələrinə həmrəyliyimizi bildiririk”, — məlumatda qeyd olunub. Daha 13 nəfər itkin düşmüş hesab olunur.

Qeyd olunub ki, təbii fəlakətdən ümumilikdə 1 948 nəfər zərər çəkib. Dağıntılar altından 23 nəfər xilas edilib.

Torpaq sürüşməsi iyunun 24-də Bellodakı Qranisal yaşayış məntəqəsində baş verib. İlk gün 10 nəfərin öldüyü məlum olmuşdu. Torpaq sürüşməsinə səbəb regionda bir neçə gün davam etmiş güclü yağışlar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*