Tovuzda evdə kişi meyiti tapılıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində qeydə alınıb.
Məlumata görə, 1998-ci il təvəllüdlü Paşa Qasımovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.
