Toy etmək istəyənlərin nəzərinə! – VİDEObackend

Toy etmək istəyənlərin nəzərinə! – VİDEO

Məhərrəm ayının bitməsinə az qalmış artıq şadlıq evlərində bütün yerlər bron edilib.

İnzibatçılar növbəti aylar üçün yerlərin çoxunun tutulduğunu deyir.

KONKRET.az xəbər verir ki,onların sözlərinə görə, əgər indi kimsə toy etmək üçün müraciət etsə, sentyabr ayında istədiyi tarixə, günə yer tapa bilməyəcək.

Qiymətlərə gəldikdə isə bildirilir ki, bununla bağlı hələlik dəyişiklik yoxdur və menyu 50-80 manat arasındadır. Amma yaxın vaxtlarda qiymətlərin artacağı qaçılmazdır.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 7-də başa çatıb, səfər ayı başlayıb. Sentyabrın 5-də isə səfər ayı başa çatacaq.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*