Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər saxlanıldıbackend

Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib.

Bu barədə KONKRET.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib. Ağdam rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında avtoxuloqanlıq edən 9 nəfər müəyyən edilərək şöbəyə gətirilib. Onların idarələrində olan avtomobillər müvəqqəti duracağa yerləşdirilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*