Toy mərasiminə BASQIN: Gəlini öldürüb qaçdılarbackend

Toy mərasiminə BASQIN: Gəlini öldürüb qaçdılar

Fransanın cənubunda toy mərasimindən sonra gəlin qətlə yetirilib. 

KONKRET.az lent.az-a istinadla xəbər verir ki, hadisə iyunun 22-də səhər tezdən Qulle kəndində baş verib. Bəy-gəlin və qonaqlar şənlikdən çıxarkən naməlum maskalı şəxslər tədbir iştirakçılarına atəş açıblar. Güllələrdən biri gəlinə dəyərək, onun ölümünə səbəb olub.

Polis cinayətkarların tutulması üçün 100-ə yaxın əməkdaşla genişmiqyaslı əməliyyata başlayıb. Müxtəlif versiyalar, o cümlədən kriminal qarşıdurmalar nəzərdən keçirilir, lakin hücumun dəqiq motivləri hələlik məlum deyil.

Yerli sakinlər toyun atışmaya qədər dinc keçdiyini bildiriblər.

Səlahiyyətlilər hələlik rəsmi şərh verməkdən çəkinir, lakin məsuliyyət daşıyanların tutulması üçün mümkün olan hər şeyi etdiklərini vurğulayırlar. İstintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*