Traktordan yıxılan şəxs xəstəxanada öldübackend

Traktordan yıxılan şəxs xəstəxanada öldü

Bərdə rayonunda 6 gün əvvəl traktorun qoşqusundan yıxılan şəxs xəstəxanada ölüb.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, rayonun Yeni Daşkənd kənd sakini, 2000-ci il təvəllüdlü Kənan Əlizadə ot gətirməyə gedərkən traktorun qoşqusundan yıxılıb.

Nəticədə o, ağır xəsarət alıb və Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin apardığı müalicəyə baxmayaraq K.Əlizadənin həyatını xilas etmək mümkün olmayıb və mayın 17-də vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*