ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı açıqlama verib.
KONKRET.az-ın xəbərinə görə, prezident bildirib ki, şəhərdə asayiş tam bərpa olunana qədər Milli Qvardiya qüvvələri xidmətlərini davam etdirəcək.
“Milli Qvardiya vətəndaşlarımızın təhlükəsizliyi üçün ərazidə qalacaq. Təhlükə tam aradan qalxmadan geri çəkilmək mümkün deyil,” – deyə Tramp vurğulayıb.
Prezidentin bu bəyanatı şəhərdə son günlər baş verən iğtişaş və qarşıdurmalar fonunda səsləndirilib. Hazırda Los-Ancelesdə təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi bölgələrdə komendant saatı tətbiq olunub.
ABŞ rəsmiləri və yerli hökumət nümayəndələri hadisələrin nəzarət altına alınması üçün koordinasiyalı şəkildə işlədiklərini bildiriblər.
Aynurə İsmayıl
KONKRET.az