Tramp administrasiyası Harvard Universitetinin xarici tələbə qəbulunu dayandırdıbackend

Tramp administrasiyası Harvard Universitetinin xarici tələbə qəbulunu dayandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinə xarici ölkələrdən tələbə qəbuluna məhdudiyyət qoymaq qərarı verib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, qərar universitetdə son aylarda aparılan daxili araşdırmanın nəticəsi olaraq verilib. Mənbələr qeyd edib ki, söhbət əsasən xarici ölkələrlə, xüsusilə Çin və Yaxın Şərq dövlətləri ilə bağlı maliyyə və akademik əlaqələrə yönəlik araşdırmalardan gedir.

Administrasiyanın bu qərarı Harvardın beynəlxalq proqramlarına ciddi təsir göstərə bilər. Qeyd olunur ki, hazırda Harvard Universitetində minlərlə xarici tələbə təhsil alır və onların əksəriyyəti elmi tədqiqat proqramlarına cəlb olunub.

Məsələ ilə bağlı hələlik nə universitet rəhbərliyi, nə də ABŞ Təhsil Departamenti rəsmi açıqlama verməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*