Tramp administrasiyasından İrana yeni nüvə sazişi təklifibackend

Tramp administrasiyasından İrana yeni nüvə sazişi təklifi

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana yeni nüvə sazişi ilə bağlı təklif verdiyi təsdiqlənib. Tramp jurnalistlərin sualını cavablandırarkən “Onların belə bir təklifi var”, – deyə bildirib.

KONKRET.az xəbər verir ki, təklif İran və ABŞ arasında keçirilən dolayısı danışıqların dördüncü raundu zamanı təqdim olunub.

Danışıqların bu mərhələsi ötən həftə baş tutub. Bu raund tərəflər arasında dialoqun başlanmasından bir ay sonra və iki həftəlik fasilədən sonra keçirilib. Birinci və üçüncü raundlar aprelin 12-də və 26-da Omanda, ikinci raund isə aprelin 19-da Romada təşkil olunub.

Xatırladaq ki, 2015-ci ildə İranla Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa arasında imzalanmış nüvə sazişi (JCPOA) İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. Lakin Tramp 2018-ci ilin mayında ABŞ-ı bu razılaşmadan çıxarıb və İrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq Tehran saziş üzrə öhdəliklərini tədricən azaldacağını bəyan edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*