Dünən ABŞ prezidenti Donald Trampın inauqurasiya mərasimində baş verən hadisə diqqətdən yayınmayıb. Andiçmədən əvvəl birinci xanım Melaniya Tramp ABŞ Ali Məhkəməsinin rəhbəri Con Robertsin and içməyə başlamasından bir qədər gec iki İncillə prezidentə yaxınlaşıb.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, ənənəvi olaraq, Amerika prezidentləri and içərkən əllərini İncilin üzərinə qoyurlar. Lakin ABŞ mediası qanunvericilikdə belə bir tələbin olmadığını bildirir. Amerika Konstitusiyasına görə, prezident yalnız mərasimin sonunda and içməlidir.
Vəli Həsənoğlu,
KONKRET.az